Əsas məzmuna keç
E-Tədris Daxil ol Müraciət et

İstifadə şərtləri

E-Tədris saytından, kabinetindən və video dərslərindən istifadə edən hər kəs bu şərtlərlə razılaşır.

Xidmət

E-Tədris şagird, valideyn və müəllim üçün video dərslər, sınaq imtahanları və nəticələrin izlənməsi platformasıdır. Kabinetdə hesab açan şəxs verdiyi məlumatın doğru olmasına cavabdehdir. 18 yaşdan kiçik şagirdin hesabını valideynin açması və ya ona nəzarət etməsi tövsiyə olunur.

Hesab və təhlükəsizlik

Hesabın şifrəsini başqasına verməyin. Hesabınızla edilən əməllərə görə siz cavabdehsiniz. Şübhəli giriş görsəniz, şifrəni dəyişin və bizə müraciət formasından yazın.

Video dərslər və YouTube

Pulsuz video dərslər E-Tədrisin rəsmi YouTube kanalında saxlanılır və saytda YouTube oynadıcısı ilə göstərilir. Bu videoları izləməklə siz YouTube Terms of Service şərtləri ilə də razılaşırsınız. Google-un məlumatla işi Google Privacy Policy sənədində, bizim işimiz məxfilik siyasətində yazılıb.

Ödənişli və abunəçilərə açıq videolar YouTube-a getmir, yalnız E-Tədrisin serverində saxlanılır və yalnız saytda izlənir.

Müəllimin yüklədiyi video

Müəllim yalnız müəllif hüququ özünə məxsus və ya istifadəsinə icazəsi olan videonu yükləyir: üçüncü şəxsin musiqisi, görüntüsü və ya materialı icazəsiz olmamalıdır. Video yoxlamadan sonra yayımlanır. Pulsuz video E-Tədrisin kanalına «Unlisted» kimi yüklənir; müəllimin kanala çıxışı yoxdur. Müəllim videonun silinməsini istəsə, video həm platformadan, həm kanaldan götürülür.

Qadağandır

Başqasının hesabından istifadə etmək, platformanı sındırmağa və ya yükləməyə cəhd, təhqiramiz, reklam və ya qanuna zidd məzmun yazmaq. Belə halda hesab bağlana, məzmun silinə bilər.

Ödəniş və imtahan biletləri

Biletin qiyməti və ödəniş yolu alış ekranında göstərilir. İmtahana giriş biletdə yazılan vaxt və yerdə olur.

Dəyişikliklər

Şərtlər dəyişə bilər; yeni mətn bu səhifədə dərc olunduğu gündən qüvvədədir. Suallar üçün Əlaqə səhifəsindən yazın.