Yüklənir....

GƏLİN TANIŞ OLAQ


XƏBƏRLƏR VƏ ELANLAR

2018-02-12

Respublika fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələri məlum olub. Şagirdlər öz nəticələri barədə məlumatı aidiyyəti təhsil şöbələrindən (idarələrindən) və olimpiada.edu.az saytından əldə edə bilərlər.

Ətraflı »

2017-12-15

Azərbaycan gənc alimlərinin I qurultayı keçirilib

Dekabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan gənc alimlərinin I qurultayı keçirilib. Tədbir iştirakçıları öncə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. AMEA-da davam etdirilən tədbirdə Azərbaycanın gənc alimlərinin son illər əldə etdiyi nailiyyətlərdən ibarət sərgiyə baxış keçirilib. Sərgini ziyarət edən tədbir iştirakçılarına AMEA-nın institut və təşkilatları, regional elmi bölmə və mərkəzləri, eləcə də ali təhsil müəssisələri üçün ayrılmış guşələrdə gənc alimlərin tədqiqatları, həyata keçirdiyi innovativ layihələr və əldə etdikləri elmi nəticələr barədə ətraflı məlumat verilib.

Ətraflı »

2017-12-08

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə

Təhsil Nazirliyinin SABAH qruplarında 2017-2018-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq üçün professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqə elan olunub. İKT və sahə bilikləri yüksək səviyyədə olan, innovativ tədris metodikalarından istifadə edə bilən, hərtərəfli dünya görüşünə malik ali təhsilli (magistr və daha yüksək elmi dərəcə) namizədlər müsabiqədə iştirak edə bilər. Universitet, dövlət sektoru və biznes sahəsində çalışan mütəxəssislər müsabiqəyə dəvət olunurlar.

Ətraflı »

Tez-tez verilən suallar

Balans artırma üsulları