Əsas məzmuna keç
E-Tədris Müraciət et

Sınaq imtahanları

Əsl imtahandan əvvəl əsl təcrübə.

Buraxılış, blok və 1-8-ci siniflər üçün sınaqlar real imtahan şəraitində keçirilir. Bilet evdən alınır, nəticə imtahandan sonra kabinetdə görünür.

İmtahan növləri

Hər imtahan öz sinif qrupu üçündür. Bilet alanda yalnız sizin sinfə uyğun imtahanlar göstərilir.

Buraxılış sınağı

9, 11-ci siniflər və məzunlar

Tarix tezliklə elan olunur

Blok sınağı

10, 11-ci siniflər və məzunlar · I-⁠V qruplar

Tarix tezliklə elan olunur

1-4-cü siniflər sınağı

İbtidai siniflər

Tarix tezliklə elan olunur

5-8-ci siniflər sınağı

Ümumi orta təhsil

Tarix tezliklə elan olunur

Addım-addım

İmtahan günü necə keçir

Hər şey əvvəlcədən bəllidir: uşaq harada oturacağını, nə vaxt gələcəyini və nəticəni harada görəcəyini bilir.

  1. Bileti evdən alın

    Sinfi və imtahanı seçin. Ödənişdən sonra bilet kabinetdə görünür.

  2. Otaq və yer bəllidir

    Biletdə imtahanın vaxtı, mərtəbə, otaq və yer nömrəsi yazılır.

  3. Girişdə QR kod

    Qapıda biletin QR kodu oxunur və şagird öz otağına keçir.

  4. Nəticə kabinetdə

    Nəticə fənlər üzrə açılır, əvvəlki sınaqlarla müqayisə olunur.

  5. Etiraz imkanı

    Razı olmadığınız sual üzrə etiraz göndərin, cavabı kabinetdə görünür.

Bilmək vacibdir

Bilet bir gün üçündür

Bilet yalnız seçdiyiniz imtahan günü üçün keçərlidir. Gəlinməsə, pul qaytarılmır və başqa tarixə keçirilmir.

Sinif dəyişəndə

Sinfi və bölməni profildən dəyişmək olar. Bilet alanda imtahanlar yeni sinfə görə göstərilir.

Valideyn də görür

Övladın bileti və nəticəsi bağlı valideynin kabinetində də görünür.

Müraciət

İmtahana yazılmaq istəyirsiniz?

Müraciət qoyun - növbəti imtahanın tarixi və qeydiyyat haqqında sizə özümüz xəbər verək.

Kim kimi müraciət edirsiniz?

Göndərməklə məlumatlarınızın yalnız bu müraciət üçün işlənməsinə razılıq verirsiniz. Məxfilik siyasəti